Şuşa Şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi mənbələri müəyyənləşdiriləcək.
Pravda.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq sərəncam imzalayıb.
Şuşa Şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi mənbələri müəyyənləşdiriləcək.
Pravda.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq sərəncam imzalayıb.
Neft Fondu ötən ili 3 mlrd. manatlıq defisitlə başa vurub
Sərəncama əsasən, Maliyyə Nazirliyi Ədliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Şuşa Şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi mənbələrinə dair təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
İqtisadiyyat Nazirliyinə isə Ədliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısı ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.