Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

MEDİA-dan XƏBƏRDARLIQ

1 262
Paylaş:
MEDİA-dan     XƏBƏRDARLIQ

“Bu müsabiqə nəticələri bizə ətraflı monitorinqlər keçirmək imkanı verdi”.

Pravda.az-ın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.

Ə. İsmayılov bildirib ki, müsabiqə qalibləri ilə müvafiq müqavilə imzalanandan sonra növbəti 6 ay ərzində onlara maliyyə yardımı ayrılacaq: “Bu, medianın iqtisadi müstəqilliyinə dəstək məqsədi daşıyır. Biz maliyyə yardımlarının xərclənməsinə nəzarət edəcəyik. Monitorinqlər nəticəsində onlara göstərilmiş dəstəyin təyinatı üzrə istifadə olunmaması müəyyən olunarsa, müqavilə ləğv ediləcək. Göstərilən dəstək layihələri media subyektlərinin bütün büdcəsini maliyyələşdirə bilməz”.

Paylaş:

Ən son xəbərlər