“Ermənistanın cənubunda Azərbaycanla sərhədlərin müəyyənləşməsinə dair vəziyyətin gərginləşməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv müdafiəyə dair Nizamnaməsinin təsir dairəsi altına düşmür”.
Pravda.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu bəyanatla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas çıxış edib.
S. Zas jurnalistlərə açıqlamasında deyib ki, baş verənlər sərhəd insidentləridir.
“Anlamaq lazımdır ki, KTMT yalnız üzv dövlətlərdən hər hansına qarşı təcavüz və hücum baş verdikdə müvafiq addımlar atmalıdır. Burada isə sərhəd insidentləri baş verir. Allaha şükür, qurbanlar, atışmalar yoxdur. Biz bu sərhəd insidentlərinin sülh yolu ilə həllinin tərəfdarıyıq”.