BURADA REKLAMINIZ OLA
BİLƏR

İngiltərə yarımfinala yüksəldi

AVRO-2020-də 1/4 final mərhələsinə yekun vurulub.

 

Sonuncu yarımfinalçı Romada müəyyənləşib.

 

İtaliya paytaxtı İngiltərə və Ukrayna millilərinin oyununa ev sahibliyi edib. Görüş böyük britaniyalıların üstünlüyü ilə keçib. Bu hesabda da öz əksini tapıb. Hər iki hissənin əvvəlində erkən qolları sıralayan Qaret Sautqeytin yetirmələri böyükhesablı qələbə qazanıb. İngiltərə yığması bu qələbə ilə Londonda keçiriləcək yarımfinala vəsiqə əldə edib.

 

Qeyd edək ki, AVRO-2020-nin yarımfinal oyunları iyulun 6-7-də keçiriləcək.

 

AVRO-2020

1/4 final

3 iyul

23:00. Ukrayna – İngiltərə - 0:4

Qollar: Harri Keyn, 4, 50, Qari Maquayr, 46, Cordan Henderson, 63

Baş hakim: Feliks Brix (Almaniya)

Roma Olimpiya Stadionu

 

Tarix: 4 İyul 2021, 00:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin