Yay mövsümü avtomobil bazarı üçün adətən canlanma ilə xarakterizə olunur. Bu il isə mənzərə tam fərqlidir. Bazarda alıcılıq olduqca aşağıdır. Sedanlarla yanaşı SUV-ların da alıcısı yoxdur. Avtomobil axtaranlar isə qiymətlərin yüksək olduğunu deyir.
Satan çox, alan isə demək olar ki, yoxdur. Paytaxtın maşın bazarında bu gün də satışa xeyli avtomobil çıxarılsa da alıcılıq olduqca aşağı olub.
Havanın isti olması ilə avtomobilini sata bilməyənlər bazarı daha da tez tərk etdilər. Satıcılar alıcılığın aşağı olduğunu deyirlər.
Ai 95 markalı benzinin qiymətinin qalxması isə bu benzinlə işləyən avtomobillərin qiymətinə təsir etməyib. Belə avtomobilləri satanlar deyir ki, bu maşınlara tələbat da, qiymət də əvvəlki kimidir.