“Rusiya dövləti öz səhiyyə sisteminin səriştəsizliyini ört-basdır etmək üçün “Delta” ştammının daha öldürücü olduğunu iddia edir”.
Bunu Pravda.az-a açıqlamasında həkim-pulmonoloq, professor Əlizamin Sadiqov deyib.

Professor qeyd edib ki, “Delta” və “Delta+” ştammının Azərbaycanda fərqli nəticələrə səbəb olacağı doğru deyil: “Bu mutant ştamm digərləri ilə nisbətdə öldürücü deyil. Ola bilər ki, virusun yoluxma sayında payız aylarında artım müşahidə edilsin. Bu da havanın dəyişimi, soyuqların gəlməsi ilə bağlıdır. Bu dövrlərdə, ola bilər ki, “delta” ştammı ölkəmizdə də aşkarlansın. Nəzərə almaq lazımdır ki, hazırda qonşu Gürcüstan və Rusiya da daxil olmaqda, dünyanın təxminən 100-ə yaxın ölkəsində “Delta” qeydə alınıb. Rusiya məlumat yayır ki, son günlər 90 faiz ölüm halı məhz “Delta” ştammı ilə baş verib. Bu, sadəcə, onların səhiyyəsinin yarıtmazlığıdır. Panikaya ehtiyac yoxdur. Heç bir ştamm COVİD-19-un özündən daha öldürücü və təhlükəli ola bilməz. Vətəndaşları panikaya düşməməyə və vaksinasiyada könüllü iştirak etməyə çalışıram”.
Nəzrin Cavid