BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda nə qədər qızıl ehtiyatı var? - VİDEO

Azərbaycanın ən zəngin filiz ehtiyatlarına malik zonalarından biri Qarabağ bölgəsi və ətraf ərazilərdir. Bu sahədə geniş həcmli monitorinq-təftiş qiymətləndirmə işləri aparılır.

 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

 

O bildirib ki, hazırda sözügedən ərazilərdəki yataqların istismara cəlb edilməsi üzrə müvafiq tədbirlər həyata keçirilir.

 

Əli Əliyev Azərbaycanın digər ərazilərində filiz yataqlarının işlənməyə davam etdiyini də bildirib. Onun sözlərinə görə, ölkəmizdəki qızıl, gümüş, mis, dəmir və digər faydalı qazıntıların emalına başlanıb. Bunlar əsasən Çovdar və Gədəbəy qızıl yataqlarında həyata keçirilir. Hazırda Çovdar yatağında 51.5 ton qızıl ehtiyatı var. Gədəbəydəki qızıl yatağında da buna yaxın bir rəqəm qeydə alınıb.

 

Xidmət rəis əlavə edib ki, Kəlbəcərdəki yataqların, xüsusilə Söyüdlü və Vejnəli yataqlarının bir qismi 30 il ərzində erməni şirkətləri və onların havadarları tərəfindən istismar edilib. Hazırda bu ərazilərdə filiz, qeyri-filiz və inşaat materialları yataqlarına vurulmuş ziyanın monitorinqləri aparılır.

 

Tarix: 6 İyul 2021, 07:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin