Pandemiya səbəbindən bank kreditlərini ödəyə bilməyən vətəndaşların cərimə faizi hesablanmayacaq və onların adları "qara siyahı" ya salınmayacaq.
Bununla bağlı Mərkəzi Bank koronavirus pandemiyası ilə əlaqədar maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketinin vaxtının növbəti dəfə uzadılması barədə qərar qəbul edib.
Mövzunu şərh edən millət vəkili Vüqar Bayramov deyib ki, Mərkəzi Bankın tövsiyəsinə əsasən, pandemiya təsirləri səbəbindən krediti ödəyə bilməyən vətəndaşlarımızın borcuna oktyabrın 1-dək cərimə faizi, dəbbə pulu və digər cərimələr hesablanmamalıdır.