Vətən Müharibəsi qazisi, baş-leytenant Elmir Məmmədov koronavirusdan vəfat edib.
Pravda.az xəbər verir ki, bu barədə mərhumun qohumları məlumat verib.
Bildirilib ki, Naxçıvanın Şərur rayonundan olan Elmir Məmmədov bir müddət əvvəl COVID-ə yoluxub. O, ötən gün Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.