“Nəinki Azərbaycanda, bütün müsəlman dövlətlərində cinsi azlıqların seçkili orqanlarda təmsil olunmasına yaxşı baxmıram”.
Deputat: “Azərbaycanda cinsi azlıqların seçkili orqanlarda təmsil olunması qeyri-mümkündür”
Bunu Pravda.az-a Milli Məclisin deputatı Tahir Rzayev deyib.
O bildirib ki, bu hal müsəlman dövlətlərinin milli-mənəvi dəyərlərinə yaddır: “Bu məsələ bir neçə il əvvəl qaldırılmışdı. 2002-ci ildə bununla əlaqədar Avropa Şurasından bir nəfər nümayəndə Azərbaycana səfər etdi və görüş keçirildi. Ordan bildirildi ki, qəbul etsəniz də, etməsəniz də belə qanun qəbul edəcəyik. Azərbaycanda belə bir qanunun qəbul olunması qeyri-mümkündür, çünki bu, Azərbaycan xalqının milli dəyərlərinə, tariximizə, keçmişimizə, babalarımızın ruhuna ziddir. Ona görə də, elə o vaxt bu məsələyə nöqtə qoyuldu. Biz qəti olaraq fikrimizi bildirdik. Nəinki Parlamentin komitələri, rəhbərlik də bir neçə nümayəndə ilə görüş keçirdi. Bir sözlə, hər kəs cinsi azlıqların seçkili orqanlarda təmsil olunmasına qəti etiraz etdi. Allahın insanları qadın və kişi deyə yaradıb. İki cins arasında müəyyən fərqlər qoyulub, qadın da kişi də eyni azadlıqlara malikdirlər, ancaq bunların baxışlarında, düşüncələrində, fiziki hazırlığında müəyyən fərqlər var. Fikrimcə, bu, qəbul olunası məsələ deyil. Qərb ölkələri insan hüquqları adı altında belə qanunlar qəbul edirlər, ancaq hesab edirəm ki, Azərbaycanda bu, qətiyyən mümkün deyil".