Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

DİN Şabranda polis əməkdaşının avtomobillə vurularaq ölməsi faktı ilə bağlı məlumat yaydı

1 153
Paylaş:
DİN Şabranda polis əməkdaşının avtomobillə vurularaq ölməsi faktı ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Şabranda polis əməkdaşının avtomobillə vurularaq ölməsi faktı ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, iyulun 6-da saat 01.30-da Şabran şəhərinin ərazisində şəhər sakini Ə.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Təbriz Heybətovu vurub və nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər