İyulun 4-də Xəzərdə baş verən partlayış barədə məlumatlar sosial şəbəkələrdə sürətlə yayıldı.
Pravda.az xəbər verir ki, partlayışın ilkin səbəbinin heç kimə məlum olmaması dənizdə, platformalarda çalışan yaxınları olan insanları daha da təlaşlandırdı. Bir sıra qurumlar təcili olaraq məsələ ilə bağlı açıqlama yayaraq insanların narahatlığına son verməyə çalışdılar.
Bu məqamda xüsusilə SOCAR rəsmilərinin, eləcə də SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədovun dərhal məsələyə müdaxilə etməsi təqdirəlayiqdir. İlkin açıqlamada məsələnin SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərindən birində baş vermədiyi bildirildi.