BURADA REKLAMINIZ OLA
BİLƏR

“Suqovuşan 1” və “Suqovuşan 2” Kiçik Su Elektrik stansiyaları istismara verildi

“44 günlük müharibədən sonra yanvar ayından başlayaraq burada tam təmir-sazlama və bərpa işlərinə başlanılıb. İyun ayının əvvəlində bu stansiyalar - həm “Suqovuşan 1”, həm də “Suqovuşan 2” Kiçik Su Elektrik stansiyaları istismara verilib”.

Pravda.az-ın məlumatına görə, bunu Mingəçevir Su Elektrik Stansiyasının direktoru Oqtay Pirverdiyev bildirib.

Onun sözlərinə görə, “Suvoquşan 1” Kiçik Su Elektrik Stansiyası (KSES) həmin vaxtdan 600 min kilovat saata qədər enerji istehsal edib və “Azərenerji” sisteminə ötürüb: “Bu stansiyalar Suqovuşan və Talış kəndlərinin enerji təchizatını ödəməklə birlikdə Tərtər 110 kilovotluq yarımstansiyasında “Azərenerji” sistemi ilə əlaqələndirilir. Yəni bütün istehsal olunan enerji Azərbaycanın enerji sisteminə ötürülür. Hazırda stansiya işləmir. Suvarmanın kəskin dövrü olduğu və yuxarıdan gələn suyun miqdarının azlığından su ancaq suvarma məqsədilə kənd təsərrüfatı sahələrinə ötürülür”.

Tarix: 6 İyul 2021, 14:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin