Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Paşinyan Rusiyaya gedir

1 575
Paylaş:
Paşinyan Rusiyaya gedir

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyaya işgüzar səfər edəcək.

Bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 7-də baş tutacaq səfər çərçivəsində Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

"Tərəflər Rusiya-Ermənistan arasında strateji əməkdaşlığı, 2020-ci ilin noyabrın 9-da və 2021-ci ilin yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatın bəndlərinin reallaşdırılması, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərini müzakirə edəcəklər".

Paylaş:

Ən son xəbərlər