Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Almaniya şirkətinin ekoloji terror məsələsində Ermənistana dəstək verməsi qəbuledilməzdir” - RƏY

991
Paylaş:
“Almaniya şirkətinin ekoloji terror məsələsində Ermənistana dəstək verməsi qəbuledilməzdir” -       RƏY

"Almaniya şirkətinin ekoloji terror məsələsində Ermənistana dəstək verməsi qəbuledilməzdir. Çünki Almaniya hər zaman ekologiyanın qorunması üçün müxtəlif çağırışlar edir. Oxçuçayın çirkləndirilməsini Ermənistanın törətdiyi növbəti vandalizm faktı kimi adlandırmaq olar".

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, Ermənistan 30 il ərzində işğal altında olan Azərbaycan torpaqlarında ekoloji terror törədib: "Meşələrin qırılması, təbiətin düşünülmüş şəkildə məhv edilməsi və s. Bütün bunlar ekologiyanın məhvinə istiqamətlənmiş addımlardır.  Torpaqlarımız işğaldan azad edildikdən sonra bəlli oldu ki, ermənilər Azərbaycandan axan çayları, xüsusən Oxçuçayı da çirkləndiriblər. Bildiyimiz kimi, sözügedən çay dolayı yolla Xəzər dənizinə axır, deməli, bu, həm də Xəzər dənizinin ekoloji mühitinin korlanmasına səbəb olur. Almaniyaya məxsus CRONIMET Holding GmbH şirkətinin bu məsələdə Ermənistana dəstək verməsi qəbuledilməzdir. Çünki Almaniya hər zaman ekologiyanın qorunması üçün müxtəlif çağırışlar edir. Oxçuçayın çirkləndirilməsini Ermənistanın törətdiyi növbəti vandalizm faktı kimi adlandırmaq olar. Hesab edirəm ki, Almaniyanın da dəstək verdiyi bu vəhşiliyin aradan qaldırılması üçün Azərbaycan beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalıdır ki, onlar Ermənistana təzyiq göstərsinlər. Dünya ictimaiyyəti bu barədə məlumatlandırılmalıdır. Çünki biz eyni coğrafiyada yaşayırıq. Baxmayaraq ki, ölkələr arasında sərhədlər var, amma fikrimcə, ekologiya arasında sərhəd olmamalıdır".

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər