Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb.
Bu barədə Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib.
Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb.
Bu barədə Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib.
O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyəti üzrə təhvil verilib: “80 faiz əminik ki, sözügedən qəbir Məhəmmədhüseyn xana məxsusdur. Ancaq bu ekspertizadan və araşdırmalardan sonra tam təsdiqini tapacaq”.
Əlavə edək ki, Məhəmmədhüseyn xan Müştaq 1759–1780-cı illərdə Şəki xanı olub. Onun qəbri iyulun 2-də Şəki Xan məscidinin içində, 1-ci mehrabın qarşısında, 1-2 metr qərb tərəfdə tapılıb.
Lent.az