Şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qazilərinin məşğulluğunun təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na müraciət üçün qeydiyyat forması hazırlanıb.
ƏƏSMN-dən verilən məlumata görə, marafondan faydalanaraq işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilər https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.