Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

"İqtisadi rayonların sayının artırılması düzgün aparılan siyasətin nəticəsidir" - RƏY

1 295
Paylaş:
"İqtisadi rayonların sayının artırılması düzgün aparılan siyasətin nəticəsidir" -       RƏY

“Yeni iqtisadi rayonların yaradılması Azərbaycan iqtisadiyyatını gücləndirməsi baxımından olduqca zəruridir. Fikrimcə, bu, müvafiq regionların sosial vəziyyətinin yaxşılaşdırılmasına da xidmət edəcək. İqtisadi rayonların 14-ə çatdırılması düzgün aparılan siyasətin nəticəsidir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, yeni iqtisadi rayonların yaradılması regionların inkişafı üçün olduqca əhəmiyyətlidir: “Xüsusən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yeni reallıqla əlaqədar yaradılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması nəticəsində yeni iqtisadi zona yaranıb. İstər sənayenin, istərsə də kənd təsərrüfatının inkişafı üçün artıq yeni meydan var. Azərbaycan dövləti də işğaldan azad edilmiş torpaqların iqtisadi inkişafı ilə bağlı ciddi addımlar atır, müxtəlif infrastruktur layihələri həyata keçirilir, ərazilərin təbii sərvətləri nəzərə alınmaqla, sənaye parkları yaradılır, aqrar sənaye inkişaf etdirilir. Bütün bunlar hamısı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasını şərtləndirən amillərdir. Ümumiyyətlə, Qarabağ torpaqları kənd təsərrüfatı ilə məşğul olmaq üçün münbit şəraitə malikdir. Münbit su ehtiyatı ilə zəngin olması həm sənayenin, həm də kənd təsərrüfatının inkişafına töhfə verəcək. Beləliklə, yeni iqtisadi rayonların yaradılması Azərbaycan iqtisadiyyatını gücləndirəcək. Yəni, bu, vaxtında verilmiş qərardır və düzgün aparılan siyasətin nəticəsidir. Yaxın gələcəkdə bu qərarın müsbət nəticələrinin şahidi olacağıq”.

Qeyd: Bu gün Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" imzaladığı fərmanla iqtisadi rayonların sayı 11-dən 14-ə çatdırılıb.

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər