Bakının Nərimanov rayonunda hündürmərtəbəli binada yanğın qeydə alınıb.
Pravda.az xəbər verir ki, Əliyar Əliyev 8 ünvanında yerləşən 20 mərtəbəli binanın 19-cu mərtəbəsində yerləşən iki otaqlı mənzildə yanğın başlayıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən APA-ya bildirilib ki, yanğınsöndürən texnikaların küçəyə daxil olması çətin olub. Səbəb bina sakinlərinin avtomobilləri həyətyanı ərazidə düzgün park etməməsi olub.
Buna görə də əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
APA
Bakıda hündürmərtəbəli binada YANĞIN