“Sunset” çimərliyinin ərazisində 1997-ci il təvəllüdlü Cəfərzadə Pərviz Musa oğlu çimərkən batıb.
Hadisə Abşeron rayonunun Novxanı ərazisində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.