İyulun 7-i saat 16 radələrində Qaradağ rayonu, Gülbaxt adlanan ərazidə yerləşən daş karxanasında 1981-ci il təvəllüdlü Vəli Quliyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qaradağ rayon Prokurorluğundan verilən məlumata görə. aparılmış araşdırmalarla müəyyən edilib ki, “Araz Mİ” MMC-yə məxsus daş karxanasında fəhlə işləyən Vəli Quliyevin “Zil” markalı qaldırıcı kran tipli yük avtomobilinin mühərrikindən ayrılmış elektrik naqilini birləşdirən zaman elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölmüşdür.