Türkiyədə məskunlaşan Azərbaycan və Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı işlər davam etdiriləcək
Pravda.az-ın xəbərinə görə, 1990-2000-ci illəri arasında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Türkiyəyə köçmüş və hazırda heç bir hüququ statusu olmayan, o cümlədən tibbi və sosial sığortası olmayan, təhsil, notarius və s. kimi haqlardan yararlanmayan Azərbaycan vətəndaşlarının hüquqi statusunun 2021-2022-ci illərdə rəsmiləşdirilməsi nəzərdə tutulur.