Çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq Bakıda iki müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu gündən 39 (Parlament prospekti/Şəhidlər xiyabanı-Yeni Yasamal “Qismət”Ş/s) nömrəli marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilərək Parlament prospektinə (Şəhidlər Xiyabanı) qədər təşkil edilib.