Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) arasında kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və USAID-in Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx imzalayıblar.
KOBİA-dan Pravda.az-a verilən məlumata görə, imzalanma mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer də iştirak edib.
Dünyanın ən bahalı brendləri açıqlanıb - TOP-10
"Texnomart"dan hədiyyəli fürsət - FOTO
Azərbaycan kakao idxalını artırıb
Sənədə əsasən KOBİA və USAID daha əlverişli və rəqabətli biznes mühitinin yaradılması istiqamətində birgə təşəbbüslər həyata keçirəcək, yerli KOB-lara məhsuldarlığı, gəlirləri və keyfiyyəti artırmaq, satış bazarlarını şaxələndirmək imkanı verən, eləcə də COVID-19 pandemiyası kimi böhranlı vəziyyətlərə qarşı dayanıqlığı gücləndirən tədbirləri dəstəkləyəcək. Birgə əməkdaşlıq çərçivəsində KOBİA və USAID Azərbaycanda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların rəqabətliliyinin, biznes assosiasiyaların potensialının gücləndirilməsini, ölkəmizə innovativ biznes texnologiyalarının gətirilməsini də diqqət mərkəzində saxlayacaqdır.
"KOBİA yerli KOB-ların inkişafı üçün qabaqcıl təcrübənin öyrənilməsinə, bu sahədə müvafiq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir. İnanırıq ki, USAID ilə imzalanmış Anlaşma Memorandumu da biznes tərəfdaşlığının inkişafına, KOB-lara göstərilən dəstək və xidmətlərin daha da yaxşılaşmasına, KOB-ların böyüməsinə öz müsbət töhfəsini verəcəkdir", - deyə Orxan Məmmədov qeyd edib.
"ABŞ və Azərbaycan şirkətləri arasındakı biznes tərəfdaşlığı və əlaqələri qarşılıqlı dostluq münasibətlərinin gücləndirilməsi və iqtisadi artımın təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ümid edirik ki, bu anlaşma memorandumu birgə inkişafa şərait yaradan biznes tərəfdaşlıqlarının qurulması ilə nəticələnəcək", - deyə səfir Li Litzenberqer bildirib.
"USAID belə hesab edir ki, kiçik və orta sahibkarlıq inkluziv və dayanıqlı iqtisadi inkişafı təmin etməklə yoxsulluğun azaldılmasında müstəsna rol oynayır. Ona görə də kiçik və orta sahibkarları dəstəkləmək və onlar üçün əlverişli biznes mühiti yaratmaq missiyasını həyata keçirən KOBİA-nın oynadığı rol əhəmiyyətlidir. Biz qarşılıqlı tərəfdaşlığı daha da gücləndirmək niyyətindəyik", - deyə USAID-in Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx bildirib.
İmzalanma tədbiri çərçivəsində həmçinin, KOB sahəsində Agentlik və USAID arasında əməkdaşlıq perspektivlərinə, təcrübə mübadiləsinə, ABŞ-ın KOB sahəsi üzrə fəaliyyət göstərən qurumları ilə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.
26 Aprel 01:46
26 Aprel 00:54
26 Aprel 00:49
26 Aprel 00:47
26 Aprel 00:44
26 Aprel 00:41
26 Aprel 00:31
26 Aprel 00:06
25 Aprel 23:02
25 Aprel 22:51
25 Aprel 21:25
25 Aprel 21:18
25 Aprel 20:52
25 Aprel 20:47
25 Aprel 19:47
25 Aprel 19:34
25 Aprel 18:51
25 Aprel 18:41
25 Aprel 18:39
25 Aprel 18:38
25 Aprel 18:36
25 Aprel 18:35
25 Aprel 18:32
25 Aprel 18:31
25 Aprel 18:29
25 Aprel 18:27
25 Aprel 18:26
25 Aprel 18:25
25 Aprel 18:24
25 Aprel 18:22
25 Aprel 18:20
25 Aprel 18:11
25 Aprel 18:09
25 Aprel 18:07
25 Aprel 18:05
25 Aprel 17:59
25 Aprel 17:57
25 Aprel 17:55
25 Aprel 17:53
25 Aprel 17:33
25 Aprel 17:30
25 Aprel 17:12
25 Aprel 17:08
25 Aprel 16:48
25 Aprel 16:28
25 Aprel 16:27
25 Aprel 16:17
25 Aprel 16:11
25 Aprel 16:09
25 Aprel 16:03
25 Aprel 15:57
25 Aprel 15:55
25 Aprel 15:50
25 Aprel 15:48
25 Aprel 15:34
25 Aprel 15:07
25 Aprel 15:04
25 Aprel 14:51
25 Aprel 14:43
25 Aprel 14:36
25 Aprel 14:28
25 Aprel 14:25
25 Aprel 14:16
25 Aprel 14:14
25 Aprel 14:12
25 Aprel 14:00
25 Aprel 13:57
25 Aprel 13:56
25 Aprel 13:51
25 Aprel 13:50
25 Aprel 13:45
25 Aprel 13:43
25 Aprel 13:41
25 Aprel 13:39
25 Aprel 13:36
25 Aprel 13:32
25 Aprel 13:22
25 Aprel 13:16
25 Aprel 13:10
25 Aprel 12:37
25 Aprel 12:36
25 Aprel 12:26
25 Aprel 12:14
25 Aprel 12:11
25 Aprel 12:08
25 Aprel 12:06
25 Aprel 12:05
25 Aprel 11:58
25 Aprel 11:50
25 Aprel 11:22
25 Aprel 11:19
25 Aprel 11:10
25 Aprel 11:00
25 Aprel 10:57
25 Aprel 10:54
25 Aprel 10:51
25 Aprel 10:46
25 Aprel 10:36
25 Aprel 10:33
25 Aprel 10:24
25 Aprel 10:19
25 Aprel 10:18
25 Aprel 10:12
25 Aprel 10:05
25 Aprel 09:55
25 Aprel 09:50
25 Aprel 09:43
25 Aprel 09:36
25 Aprel 09:34
25 Aprel 09:23
25 Aprel 09:16
25 Aprel 09:12
25 Aprel 08:55
25 Aprel 08:52
25 Aprel 08:52
25 Aprel 08:48
25 Aprel 08:44
25 Aprel 08:39
25 Aprel 08:37
25 Aprel 08:32
25 Aprel 08:29
25 Aprel 08:19
25 Aprel 08:17
25 Aprel 08:14
25 Aprel 08:11
25 Aprel 08:08
25 Aprel 08:04
25 Aprel 08:01
25 Aprel 05:51
25 Aprel 05:49
25 Aprel 05:45
25 Aprel 05:44
24 Aprel 21:30
24 Aprel 21:27
24 Aprel 21:04
24 Aprel 20:40
24 Aprel 20:04
24 Aprel 20:01
24 Aprel 19:59
24 Aprel 19:56
24 Aprel 19:54
24 Aprel 19:21
24 Aprel 19:19
24 Aprel 18:49
24 Aprel 18:46
24 Aprel 18:45
24 Aprel 18:43
24 Aprel 18:41
24 Aprel 18:39
24 Aprel 18:33
Ən son xəbərləri səhifəmizdən də izləyin