Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Partiya sədri: “LGBT üzvlərinə qarşı aparılan anti-kampaniya anlaşılan deyil”

1 523
Paylaş:
Partiya sədri: “LGBT üzvlərinə qarşı aparılan anti-kampaniya anlaşılan deyil”

"Azərbaycanda saysız-hesabsız problemlər olduğu halda, siyasi partiya liderlərinin, ekspertlərin LGBT mövzusunu bu qədər həssaslıqla gündəmdə saxlamaq cəhdi, LGBT üzvlərinə qarşı aparılan anti-kampaniya anlaşılan deyil".

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.

Partiya sədri qeyd edib ki, cəmiyyətin milli, mənəvi və əxlaqi dəyərləri qoruyub saxladığı göz önündədir: “Bu səbəbdən də bu cür isterik yanaşmaları xüsusilə də həmkarlarımdan görmək olduqca təəccüblüdür. Təbii ki, LGBT üzvü olmaq və ya olmamaq hərənin öz seçimidir. Konstitutsiyamızda da göstərildiyi kimi: şəxsi həyat toxunulmazdır!

Necə ki, kimsə mömin, ateist, deist və sairə olmaq seçimində sərbəstdir... Hər bir vətəndaş öz həyatını yaşayır. Burada fəlakət düzəltməyə düşünürəm ki, gərək yoxdur.

Əsl fəlakət:

- demokratik cəmiyyət qurmaq uğrunda yola çıxmış, demokratik, liberal dəyərlərdən danışan həmkarlarımın şovinist düşüncələrlə ortaya çıxmasıdır;

- Korrupsiyaya, rüşvətxorluğa, məmur özbaşınalıqlarına, qanunsuz məhkəmə qərarlarına, haqsızlığa, seçki saxtakarlığına səs çıxarmağa cəsarəti olmayanların belə qeyri-siyasi mövzularda danışmağa “cəsarət” tapmasıdır.

Fəlakət hansısa LGBT təşkilatı yox, ölkəmizdə tüğyan edən narkotik ticarətidir. Bu bir xalq olaraq hər birimizi məhvə aparır! Hesab edirəm ki, bu enerjimizi, bu təbliğatı narkomaniya əleyhinə xərcləsək, cəmiyyətimiz, xalqımız üçün daha faydalı iş görmüş olarıq…”

Paylaş:

Ən son xəbərlər