Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə iyulun 3-də H.B.Zərdabi küçəsində yerləşən stadionda futbol oynayan 10 nəfərin mobil telefonlarının oğurlanması barədə məlumat daxil olub.
Yasamalda 10 nəfərin mobil telefonu oğurlandı
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Abbasov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.