Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərinə qanunsuz gedərək minaya düşənlərdən biri həlak olub.
Pravda.az-ın xəbərinə görə, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirilib ki, artıq hər iki şəxs minaya düşdükləri yerdən çıxarılıb: “Polis və Daxili Qoşunların əməkdaşları öz həyatlarını təhlükəyə ataraq hər tərəfi minalanmış əraziyə daxil olaraq həmin iki vətəndaşın minaya düşdüyü partlayış yerinə yaxınlaşıblar.