Azərbaycanlı cüdoçu Elmar Qasımovun "pullu" paylaşım sosial şəbəkələrdə tənqid hədəfi olub.
Pravda.az xəbər verir ki, tanınmış idmançı paylaşdığı videoların ictimaiyyət tərəfindən qınaqla qarşılanmasının özü üçün anlaşılmaz olduğunu söyləyib: "Mən o videolarda pis nəsə olduğunu düşünmürəm. Düşünsəm, çəkmərəm də. Orda qız yoxdur, kimisə söymürəm, ya da başqa əxlaqsız hərəkət etmirəm. Eyvandan küçəyə səpdiklərim oyuncaq pullar idi, bu çəkilişdəkilərin isə bir qismi. Pulla çəkiliş edirəmsə, bu, pulla qürrələnməyim anlamına gəlməməlidir. Hərə özü istədiyi kimi başa düşür. Düz başa düşən də var, səhv anlayan da. Ancaq bütün bunlar sadəcə, bir zarafatdır".