Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Qazaxda Kürdə batan iki nəfərin axtarışı davam edir

1 187
Paylaş:
Qazaxda Kürdə batan iki nəfərin axtarışı davam edir

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində Kür çayında batan şəxslərin axtarışlarına cəlb olunub.

Pravda.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Hazırda axtarışlar aparılır. İlkin məlumata əsasən, çayda batanlar 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlu və 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğludur.

Paylaş:

Ən son xəbərlər