Yelo Bankın müharibə iştirakçısı Ərəstun Əbilzadəni 100 manat borca görə məhkəməyə verdiyini xəbər vermişdik. İyulun 1-də Biləsuvar Rayon Məhkəməsində müharibə veteranının iştirakı olmadan iclas keçirilib. Məhkəmə Yelo Bankın xeyrinə qərar çıxarıb və qarşı tərəfdən 100 manat borcu ödəməsi tələb edilib.
Bu barədə Ərəstun Əbilzadənin özü məlumat verib.
O, deyib ki, gəmidə çalışdığı üçün məhkəmədə iştirak edə bilməyib. Buna baxmayaraq Biləsuvar Rayon Məhkəməsi qərar çıxarıb: “Təsəvvür edin ki, məhkəmədə mənim veteran olduğum barədə bir kəlmə də olsun qeyd edilməyib. Bankdan isə xəbər yoxdur. Hansı məhkəmə nə qərar çıxarırsa, vicdanları bilsin. Mən heç nə ödəyən deyiləm”, deyə Ərəstun Əbilzadə əlavə edib.
Xatırladaq ki, Ərəstun Əbilzadə Vətən müharibəsindən əvvəl bankdan 5 min manat borc götürüb və vaxtı-vaxtında aylıq ödənişlərini edib. Müharibədə olduğu müddətdə məlum səbəbdən borclarını gecikdirib.