Bakı-Ələt yolunda Yol Patrul Xidməti avtomobilinin iştirakı ilə yol qəzası baş verib.
Pravda.az xəbər verir ki, “Hyundai Santafe” markalı avtomobil idarəetmənin itməsi səbəbindən qarşı yola keçərək, 99-YP-945 dövlət nömrə nişanlı Yol Patrul Xidməti avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili arxadan gələrək onlara çırpılıb.