Azərbaycan Mərkəzi Bankında(AMB) daha 4 yeni departament yaradılıb.
Mərkəzi Bankda struktur dəyişiklikləri olub
AMB-dən Pravda.az-a verilən məlumata görə, bunlar istehlakçılarla iş departamenti, kapital bazarına və digər maliyyə vasitəçilərinə nəzarət departamenti, maliyyə sabitliyi departamenti və prudensial siyasət və metodologiya departamentləridir. Beləliklə, qurumda departamentlərin sayı 23-də çatdırılıb.