BURADA REKLAMINIZ OLA
BİLƏR

Əcnəbi diplomatlar Şuşada Pənahəli xanın sarayının qalıqlarına baxıblar

Azərbaycandakı diplomatik korpusun nümayəndələri bu gün Şuşa şəhərinə səfər çərçivəsində Pənahəli xanın sarayının qalıqları olan əraziyə baş çəkiblər.

Pravda.az xəbər verir ki, diplomatlara Şuşa şəhərinin qurucusu Pənahəli xan barədə və onun sarayının tarixi haqqında məlumat verilib, işğal zamanı sarayın erməni vandallığına məruz qaldığı bildirilib.

Qonaqlar sarayın qalıqlarına baxıb, erməni vəhşiliyinin izlərinin şahidi olublar.

Tarix: 9 İyul 2021, 18:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin