Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Ərdoğanla Mahmud Abbas arasında görüş qapalı keçirilir

1 573
Paylaş:
Ərdoğanla Mahmud Abbas arasında görüş qapalı keçirilir

Türkiyəyə səfər edən Fələstin dövlət başçısı Mahmud Abbasla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında İstanbulda Vəhdəddin köşkündə görüş başlayıb.

Görüş mətbuata qapalı keçirilir.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Mahmud Abbasın səfəri çərçivəsində ikitərəfli münasibətlər, Türkiyə ilə Fələstin arasında əməkdaşlığı gücləndirmək üçün atılacaq addımlar müzakirə ediləcək.

Fələstindəki humanitar vəziyyət, İsrail-Fələstin münaqişəsi ilə bağlı proseslər və Fələstində keçirilməsi planlaşdırılan seçkilərlə bağlı fikir mübadiləsi aparılacaq.

Paylaş:

Ən son xəbərlər