Qubanın Qırız kəndində məktəb tikintisi zamanı qədim qəbirlər və saxsı məişət əşyaları aşkarlanıb.
Quba Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, Qırız kəndində 20 yerlik modul tipli məktəbin quraşdırılmasına iyun ayından başlanılıb. Qəbirlər məktəbin quraşdırılması zamanı yardımçı tikili üçün qazılan ərazidə üzə çıxıb.
Onların XI-XII əsrlərə aid olduğu ehtimal edilir. Daha dəqiq və ətraflı məlumat ərazidə arxeoloqların araşdırmasından sonra məlum olacaq.