Fransada yaşayan gənc fəal Elnur Məcidli Azərbaycana qayıdıb.
Pravda.az-ın xəbərinə görə, bu barədə E.Məcidlinin özü məlumat verib.
Gənc fəal "Facebook" hesabında bunları yazıb:
"Əziz dostlar! 11 ildən sonra artıq doğma vətəndəyəm! Etdiyim müraciəti qarşılıqsız qoymayan və müsbət rəy bildirən ölkə prezidenti cənab İlham Əliyev başda olmaqla, mənim Azərbaycana gəlmə prosesində vasitəçilik və kömək edən hər bir dosta, bu işlə məşğul olan, vəzifəsindən asılı olmayaraq hər bir dövlət məmuruna və bu işdə rol alan hər kəsə təşəkkür edir, öz minnətdarlığımı bildirirəm!
Vətəndə olmaq, bu müqəddəs torpaqlarda gəzmək, buranın suyunu içmək, havasını udmaq olduqca gözəl hisslərdi.