Gəncədə bədbəxt hadisə baş verib.

Pravda.az-ın məlumatına görə, hadisə şəhərin Adil İsgəndərov küçəsində yerləşən binaların birində qeydə alınıb.

Belə ki, təxminən 3-5 yaşı arasında olan oğlan binanın 3-cü mərtəbəsindən yıxılıb. Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


APA