Yay ayı olduğu üçün Bakıda bina evlərinin kirayəsinə tələbat xeyli azalıb. Bu isə qiymətlərə təsir edib. Cəmi bir neçə ay əvvəl yüksək olan kirayə qiymətləri indi 150 manata qədər enib. Evlərin kirayə qiymətləri harada neçəyədir?
Paytaxtda bina evlərinin aylıq kirayə qiymətləri xeyli düşüb. Əvvəlki vaxtlarla müqayisədə qiymətlər 20 faizə qədər azalıb. Turist axınının hələ ki tam bərpa olunmaması, insanların yay aylarında daha çox bağ evlərinə və bölgələrə köçmələri, o cümlədən tələbələrin olmaması qiymətələ təsir edən əsas amillərdəndir.
Əmlak eksperti Nofəl Quliyev bildirir ki, ən ucuz kirayə evləri mərkəzdən kənar sayılan Binəqədi, Sabunçu və Suraxanı rayonlarındadır. Bu ərazilərdə indiki vaxtda hətta 150 manata da kirayə ev tapmaq mümkündür.