Son illər Azərbaycanda qadın qətlləri, qadınlara qarşı zorakı cinayətlərin sayı artır. İstintaq zamanı bu cinayətlərin qısqanclıq zəminində, kişi eqosunun tələbləri çərçivəsində baş verdiyi aydın olur.
Pravda.az xəbər verir ki, dünən sosial şəbəkədə özünü “Pantural” kimi təqdim edən şəxs izləyicisi olan böyük kütləyə, kişi cinsindən olan şəxslərə xitab edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib.