İraqın cənubundakı Di-kar əyalətinin Ən-Nasiriyyə şəhərində koronavirus xəstələr üçün nəzərdə tutulmuş xəstəxanada baş vermiş yanğında ölənlərin sayı 54-ə çatıb. Azı 70 nəfər xilas edilib.
“İmam Hüseyn” xəstəxanasında baş verən yanğının səbəbi ehtiyatsız davranma nəticəsində oksigen balonunun partlamasıdır. Şəhərin mülki müdafiə xidməti yanğının qarşısının alındığını açıqlayıb. Hadisə ilə əlaqədar Səddam ət-Tavil əyalətinin səhiyyə naziri istefa məktubu təqdim edib.