Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

XİN xəstəxanada yanğında 60-a yaxın adamın ölümü ilə bağlı İraqa başsağlığı verdi

1 132
Paylaş:
XİN xəstəxanada yanğında 60-a yaxın adamın ölümü ilə bağlı İraqa başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraq hökumətinə başsağlığı verib.

Pravda.az-ın xəbərinə görə, bu barədə XİN-in "Twitter" səhifəsində bildirilib.

"İraqın Nasiriyə şəhərindəki Əl-Hüseyni xəstəxanasında baş vermiş yanğın bizi dərindən kədərləndirdi. Yanğın qurbanlarının ailələrinə və İraq xalqına başsağlığı veririk. Bu çətin anlarda İraq hökumətinin və xalqının yanındayıq”, - deyə qeyd olunub.

Xatırladaq ki, İraqda COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib. Hadisə nəticəsində 58 adam ölüb, xeyli sayda adam xəsarət alıb.

Paylaş:

Ən son xəbərlər