"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".
Bu barədə Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasındakı Rusiya sülhməramlı kontingentinin iyulun 13-nə olan fəaliyyəti ilə bağlı məlumatında deyilir.
Bildirilib ki, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.
"Atəşkəs bütün təmas xəttində müşahidə olunur.
12 iyul tarixində Martuni (Xocavənd - red.) bölgəsində ortaq axtarış qrupu tərəfindən həyata keçirilən müharibədə öldürülənlərin cəsədlərinin axtarışı zamanı, Ermənistan silahlı qüvvələrinin bir nümayəndəsi piyada əleyhinə minanın partlaması nəticəsində yaralanıb. Axtarış qrupuna daxil olan Rusiya sülhməramlı kontingentinin tibb işçiləri və Azərbaycanın Silahlı Qüvvələrinin birgə səyləri ilə ona ilkin tibbi yardım göstərilib və Martuni qəsəbəsindəki ən yaxın tibb müəssisəsinə təxliyyə olunub. Ermənistan silahlı qüvvələri nümayəndəsinin vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur" - açıqlamada qeyd edilib.
Məlumata görə, Rusiya sülhməramlı bölmələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin iki karvanını müşayiət edib: