İyulun 14-də rayonun Şiştəpə kənd sakini Sədaqət İbadullayevanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şəmkir rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin kürəkəni İntizam Hüseynovun aralarında yaranmış mübahisə zamanı xəncərlə xəsarət yetirərək qayınanası Sədaqət İbadullayevanı qızının gözləri qarşısında qəsdən öldürməsinə və arvadı Mahizər Hüseynovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.