Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Ermənistanla Naxçıvan sərhədində atışma: 1 erməni hərbçisi ölüb

1 326
Paylaş:
Ermənistanla Naxçıvan sərhədində atışma: 1 erməni hərbçisi ölüb

Ermənistanla Naxçıvan sərhədində atışma olub, 1 erməni hərbçisi ölüb.

Bu barədə "Sputnik Armenia" saytı xəbər yayıb. Erməni qaynaqları iddia edirlər ki, hadisə iyulun 14-də səhər saat 10:30 radələrində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində baş verib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti də məlumat yaylb. Məlumatda deyikir ki, Yerasx bölgəsində Azərbaycan Silahlı Qüvvələri ilə atışmada bir erməni əsgəri öldürülüb.

Ermənilər iddia edirlər ki, guya ilk atəşi Azərbaycan tərəfi açıb. Lakin bəllidir ki, hazırda bütün təmas xətti boyunca təxribatlara əl atan və atəşkəsi pozan Ermənistandır.

Ermənistan mediası iddia edir ki, atışmada Azərbaycan da itki verib.

Musavat.com

Paylaş:

Ən son xəbərlər