Vətən müharibəsi qazisini avtomobil vurub.
Pravda.az xəbər verir ki, bu barədə qazinin yaxın qohumu məlumat verib.
Belə ki, 11 iyul axşam saatlarında 1998-ci il təvəllüdlü Elvin Alik oğlu Tağızadə yol-nəqliyyat hadisəsində ağır yaralanıb. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb.
Hər iki ayağında qırıqlar meydana gəlmiş zərərçəkən 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Qaziyə ilkin tibbi yardım göstərilib. Hazırda müalicəsi “Bakı Sağlamlıq Mərkəzi”ndə davam etdirilir.

