Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Dəllər Cəyir kənd ərazisindən keçən hissəsində olub.
"QAZel" markalı kiçik tutumlu yük maşını ilə "QAZ-31" markalı minik avtomobili toqquşub.