Müxtəlif şüarlarla ölümə çağırş edən sürücülər saxlanıb. Onlar haqqında inzibati qaydada tədbirlər görülüb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bununla bağlı digər sürücülərə də xəbərdarlıq edib.
"Təhlükəli sürürsə, sən də sür", "sürətli sür, gənc öl, qoy cəsədin yaraşıqlı olsun!".
Bəzi sürücülər avtomobilinin arxa şüşəsinə bu kimi yazılar yazaraq təhlükəli çağırışlar edirlər.
Sosial şəbəkələrdə böyük rezonans doğuran bu şüarlarla bağlı dövlət yol polisi tərəfindən araşdırma aparılıb. Məlum olub ki avtomoblinin arxasına "Sürətli sür, gənc öl, qoy cəsədin yaraşıqlı olsun!" şüarını yazan sürücü Tovuz rayon sakini İlqar Yusifov olub.Artıq həmin sürücü haqqında inzibati qaydada tədbir görülüb.