Saatlı rayonu Sımada kənd sakini B.Aslanov Rayon Polis Şöbəsinə müraciət edərək iyul ayının 11-də ona məxsus fərdi təsərrüfatda yanğın baş verməsi barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis şöbəsinin əməkdaşları hadisə yerində olublar və ilkin araşdırmalar aparılıb. Keçirilən tədbirlərlə hadisənin qəsdən törədildiyi məlum olub.