Avropa ölkələrinə mühacirətə getmək istəyən şəxslərə saxta arayışlar verməkdə və dələduzluq etməkdə təqsirləndirilən Ramin Hacılı barəsində daha bir məhkəmə iddiası irəli sürülüb.
Pravda.az xəbər verir ki, deputatlığa keçmiş namizəd, ictimai fəal Bəxtiyar Hacıyev R.Hacılının qeydiyyatda olduğu Füzuli Rayon Məhkəməsinə müraciət edərək, ona qarşı iddia qaldırıb.
Hacıyev Ramin Hacılının 2013-cü ildən bəri onun barəsində sosial şəbəkələrdə və mediada irəli sürdüyü iddiaların yalan və böhtan xarakterli olduğunu bildirib.