BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan iqtisadiyyatı 2,1% böyüdü

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 39 915,0 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

 

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7% azalıb, qeyri neft-qaz sektorunda isə 5,1% artıb.

 

ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil edib.

 

Əhalinin hər nəfərinə düşən ÜDM 3 987,6 manata bərabər olub.

Tarix: 15 İyul 2021, 09:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin